Zaqatala şəhərində yeni yeraltı piyada keçidi inşa edilib


Yeni piyada keçidi Zaqatala şəhərinin mərkəzində, Zərifə Əliyeva və Faiq Əmirov küçələrinin kəsişməsində inşa edilir. Yeraltı keçid 4 giriş-çıxışlıdır. Piyada keçidinin uzunluğu 124 metr, qalereyasının eni 5 metr, hündürlüyü isə 3 metr təşkil edir. Dizayn-bəzək işləri zamanı keçidin döşəmə və yan divarları, həmçinin pilləkən hissəsi 1120 m2 ölçüdə qranit plitələrlə, çıxış divarları isə 440 m2 mərmərlə üzlənib, pilləkənlərə tutacaqlar quraşdırılıb. Bundan başqa layihə çərçivəsində yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, iki nasos qurğusu quraşdırılıb. Keçiddə 9 yerdə təhlükəsizlik kameraları da qoyulub. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Yeni inşa edilən yeraltı keçid piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 56 | Kateqoriya: İqtisadiyyat / OTV Xəbər / Manşet Tarix: 18.01.2018, 03:29

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM