60 saniyə ərzində əmlak sahibi olmaq mümkündür


 OTV bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 yanvar tarixində növbəti hərrac keçirilib. Budəfəki hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən yeniliyə görə alıcılar elektron qaydada sifariş verə, onlayn olaraq qoşula bilərlər. Beləliklə alıcının heç bir yerə getməsinə ehtiyac qalmır. Bu isə məkan məfhumunu aradan qaldırır. Onlayn rejimdə iştirak edən şəxs 60 saniyə ərzində təklifini irəli sürməklə əmlak sahibi olur. Hərrac rəqabətli keçdikdə isə alıcılar əmlakın ilkin satış qiymətinin 1%-dən az olmayan yeni təklif edirlər.

Özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.[hide][/hide]


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Əfsanə Qafarova | Baxılıb: 196 | Kateqoriya: İqtisadiyyat Tarix: 16.01.2018, 12:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM