Azərbaycanda keçirilən özəlləşdirmə hərracında avtomobillərin qiyməti 2 dəfə yüksəlib


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

Əmlak Məsələləri Dövlət Komitəsindən OTV-yə verilən məlumata görə, hərrac rəqabət şəraitində baş tutub.

Belə ki, Bakının Nərimanov rayonunda yerləşən 50 kv.m.-lik və 40 kv.m.-lik qeyri-yaşayış sahələrinin ilkin start qiymətləri müvafiq olaraq 15 min manat və 14 min manat olsa da, sonda onlara ­­31 150 manat və 32 min manat təklif edilib.

Nəqliyyat vasitələrinin satışında da rəqabət olub. Belə ki, “QAZ-3102” və “Nissan Maxima” markalı avtomobillərin ilkin start qiymətləri müvafiq olaraq 2 000 manat və 2 775 manat olsa nda, sonda 3800 manata və 5 050 manata özəlləşdiriliblər.

Ümumilikdə hərracda 21 dövlət əmlakı sahibini tapıb. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kv.m-dən çox, torpaq sahəsi isə 14 500 kv.m-ə yaxındır. Bundan başqa Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 90 kv.m-ə yaxın, torpaq sahəsi isə 100 kv.m-dən çoxdur.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanovda, hər birində 3 vahid olmaqla Səbail, Nəsimi və Suraxanı rayonlarında, qalanları isə hər birində 1 vahid olmaqla Nizami, Xətai, rayonlarında yerləşir.

Hərracda daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kv.m olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 295 | Kateqoriya: İqtisadiyyat Tarix: 09.01.2018, 13:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM