Ən çox bu ölkələrdən Azərbaycana turist axını var - EKSPERT RƏYİ


Azərbaycanda sürətlə gedən inkişaf prosesi bütün dünya ölkələrinin marağına səbəb olub. Bu səbəbdən də son illərdə Azərbaycan bir çox ölkələrdən qonaqlar qəbul edir. Təbiətimizin gözəlliyi Azərbaycana gələn hər kəsi heyran edir. Bir gələn bir də gəlmək istəyir. Turistlərin fikirini öyrənmək üçün yollandıq paytaxtın mərkəzi küçələrinə. Yaxınlaşıb fikirlərini öyrənmək istəyəndə vətənimiz haqda ağız dolusu danışdılar. Ekspertlərin sözlərinə görə isə yeni il qabağı turist sayında artım müşahidə olunur. Ekspert i.ü.f.d. Elxan Vəliyev bildirdi ki, çox yaxın gələcəkdə ölkəmiz aparıcı turizm ölkələrindən birinə çevriləcək. Azərbaycan təbiətinin gözəlliyi, qədimi tarixi, qonaqpərvərliyi ilə digər ölkələrdən hər zaman fərqlənib. Ona görə də ən çox maraq olan yerlərdən biri də elə bizim vətənimizdir. Odur ki, Cənnət görmək istəyən Azərbaycana gəlsin.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Vaqif Hüseynov | Baxılıb: 328 | Kateqoriya: İqtisadiyyat / OTV Xəbər / Manşet Tarix: 27.12.2017, 14:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM