Samir Kərimov: "Yeni qərardan sonra müştərilər xarici banklarda hesab açacaqlar"


Azərbaycanda xidmət göstərən xarici taksi şirkətlərindən dekabrın 1-dən əlavə dəyər vergisi tutulacaq

Azərbaycanda fəaliyyətdə olan, o cümlədən digər qeyri-rezidentlərə məxsus “Uber”, “Taxify” və digər xarici taksi şirkətlərinə dekabrın 1-dən etibarən kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq ediləcək.

2016-cı ilin sonunda Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu qanun ilin əvvəlindən tətbiq edilməli idi. Amma ƏDV-nin tutulması ilə bağlı texniki işlər sonlanmadan bu mümkün olmamışdı.

Sözügedən məsələ ilə bağlı fikir bildirməsi üçün yerli taksi şirkətlərindən birinin icraçı direktoru Samir Kərimovdan aldığımız məlumata görə, “bu qərar ötən ilin iyul ayından qüvvədədir və bu ilin dekabrından artıq tətbiq ediləcək. Həmin şirkətlərin Azərbaycanda hesabları, yəni yerli vergi ödəyiciləri olmadığına görə qanuna əsasən, 18% əlavə dəyər vergisi tətbiq edilməlidir. Bu qanunun tətbiqindən sonra həmin taksi şirkətlərinin yerli istifadəçiləri xarici kartlar (red.: Xarici ölkə banklarında hesab açıb) açıb, ödənişlərini həyata keçirəcəklər”.

Qeyd edək ki, noyabrın 6-da Azərbaycan Banklar Assosiasiyasının Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə Expert Qrupunun iştirakı ilə Vergilər Nazirliyində keçirilən görüşdə qərara alınıb ki, texniki sazlaşma işləri bitdikən sonra “Uber” və digər qeyri-rezidentlərə məxsus taksi şirkətlərindən kartla ödəniş zamanı 18% ƏDV tutulsun.

Banklar artıq müştərilərə plastik kartla ödəniş zamanı dekbabrın 1-dən ƏDV tutulacağı haqda SMS-lər göndərməyə başlayıblar.

Müəllif: İlhamə Kələyeva | Baxılıb: 225 | Kateqoriya: İqtisadiyyat / Manşet Tarix: 29-11-2017, 12:10

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM