Musiqi alətlərinin hissələri və ləvazimatları idxal gömrük rüsumundan azad edilib


Azərbaycana idxal edilən musiqi alətlərinin hissələri və ləvazimatları gələn il yanvarın 1-dən gömrük rüsumundan azad edlib.

OTV bildirir ki, bu qərar “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən malla üzrə gömrük idxal rüsumlarının” dərəcələrinə əsasən, müsiqi alətlərinin hissələrinə və ləvazimatlarına – musiqi alətlərinin simləri, ortepiano hissələri və ləvazimatları, musiqili sandıqçıların mexanizmləri, mexaniki alətlər üçün kartlar, disklər, vallar, metronomlar, kamertonlar və səs ucalığı təsbit olunmuş bütün növ trubalara 3 % idxal gömrük rüsumunun tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, musiqi alətlərin tətbiq edilən 15 % idxal gömrük rüsumu qüvvədə qalıb.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 289 | Kateqoriya: İqtisadiyyat Tarix: 26.12.2017, 21:09

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM