“Bu yarmarkalar orta və aşağı təbəqənin alıcılıq qabiliyyətini yüksəldəcək”


Bakı və Sumqayıtda bayram yarmarkaları təşkil olunacaq

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatın daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə 28-31 dekabr 2017-ci il tarixlərində fasiləsiz olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Sözügedən məsələ ilə bağlı İqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalovun OTV-yə verdiyi açıqlamaya görə, o bildirdi ki, “ümumiyyətlə bazar iqtisadiyyatına keçid edən dövlətlərdə yarmarkaların təşkili əlamətdar haldır. Düşünürəm ki, nəinki Bakı şəhərində, respublikanın digər bölgələrində belə yarmarkaların keçirilməsi müsbət addımdır. Dövlətin müəyyən tədbirlər görməsinə baxmayaraq, dələduz iş adamları sui-stifadə edir və beləliklə, bazarların qiymətlərində süni artım müşahidə edilir. Bu cür yarmarkaların təşkili süni qiymət artımının qarşısını almağa yönəldilmiş addımlardandır. Qeyd edim ki, bu yarmarkalarda qiymətlər indiki bazarların qiymətlərindən aşağı olacaq”.

O qeyd etdi ki, “yarmarkalar sadəcə Yeni il və Həmrəylik günü ilə əlqədar yox, digər bayramlarda da təşkil olunur. Sadəcə mətbuata bununla bağlı geniş məlumatlar yayılmır. Bu ənənə dövlət tərəfindən təşkil edilir və təkcə ələmətdar günlərdə olmur. Məlumdur ki, bayramqabağı və ya bayram günlərində bazarlarda süni artım müşahidə olunur. Belə yarmarkaların bayram günlərində də təşkili çox müsbət haldır. Bu yarmarkalar aşağı və orta təbəqənin alıcılıq qabiliyyətinin yüksəlməsinə xidmət edir. Ötən illərlə müqayisədə bu il yarmarkaların sayı rayonlar üzrə artıb. Ölkəmiz üçün bu müsbət addımlardandır”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 742 | Kateqoriya: İqtisadiyyat Tarix: 25.12.2017, 17:54

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM