Azərbaycanda benzinin aksiz vergisi artırıldı


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında “2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib.

OTV bildirir ki, bu qərara əsasən ölkə ərazisində aksiz malların yeni aksiz dərəcələri müəyyənləşib. Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manata qaldırılıb.

Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə isə 1 ton üçün 80 manat müəyyənləşdirilib.

Qeyd edək ki, bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 153 | Kateqoriya: İqtisadiyyat Tarix: 25.12.2017, 14:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM