Azərbaycanda birinci “Marketinq Sammiti” keçirilib


“Made in Azerbaijan” brendinin inkişafına həsr olunan birinci “Marketinq Sammiti” təşkil olunub

Azərbaycanın 200 marketoloqu, 2 qonşu ölkədən 6 spikerin iştirakı ilə tədbir keçirilib.

OTV xəbər verir ki, tədbirin təşkilatçısı Seymur Quliyev bildirib ki, layihənin keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin strateji yol xəritəsində vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olmalı olduğunu qarşılıqlı müzakirə etməkdir.

Qeyd edək ki, Azərbaycan biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində sürətlə inkişaf edir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 704 | Kateqoriya: İqtisadiyyat / Manşet Tarix: 25.12.2017, 12:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM