“DəmirBank” ASC-nin lisenziyası ləğv edildi


Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası ləğv edilir.

OTV xəbər verir ki, bu qərar bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 %-dən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 – 16.1.8 – ci maddələrinə əsasən qəbul edilib.

Qeyd edək ki, “DəmirBank” ASC Əmanətlərinin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 293 | Kateqoriya: İqtisadiyyat Tarix: 23.12.2017, 10:43

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM