“Bitcoin”in yerini bu kriptovalyuta tuta bilər


Kriptovalyuta bazarında sürətlə dəyər qazanan “İOTA” ilə bağlı mühüm qərar verilib.

OTV xəbər verir ki, Almaniyanın ən böyük markası “Bosch” “İOTA” ilə ortaq olacağını rəsmən açıqlayıb.

Qeyd edək ki, ortaqlıq nəticəsində yaradılacaq “İOTA” Fondunun tərkibində “Accenture Labs”, “Deutsche Telekom”, “Fujitsu”, “Orange”, “Samsung Artik” və TİNE kimi 30-a yaxın texnologiya nəhəngi var.

Şirkət ciddi miqdarda “İOTA” satın alacaq. Bazar dəyərinə görə, dünyanın ən bahalı 7 kriptovalyutasından biri olan “İOTA”nın dəyəri hazırda 5 dollar təşkil edir. Kriptovalyuta bir gündə 20,48 % bahalaşıb.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 39 | Kateqoriya: İqtisadiyyat Tarix: 20.12.2017, 14:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM