"Bitcoin" almaq üçün gec deyil?


Artıq xəbər verdiyimiz kimi “bitcoin” 10 min dollarlıq psixoloji barrieri keçib. Bu məsələ ilə bağlı xarci ekspertlərin fikirlərini saytımızda dərc etmişdik. Sözügedən hadisənin ölkə iqtisadiyyatınna təsirini tam olaraq anlaya bilmək üçün yerli mütəxəsislərin də fikirlərini öyrəndik.
Kripto valyutalar üzrə ekspert Rəşad Mehdiyev özəl və sığorta şirkətlərini və bankları "blockchain"dən istifadəyə səsləyir. Bunun əsas səbəbi isə "blockchain"in təhlükəsizlik, şəffaflıq təmin etməsidir. O, bitkoinin çox riskli və maliyyə savadlılığı tələb edən bir vasitə olduğunu vurğuladı. Səbəb isə Fransa, Almaniya ABŞ, Türkiyə, Gürcüstan kimi bir çox ölkələrdə "bitcoin"in alışı zamanı vergi tətbiq edilməməsidir. O "blokchain" və "bitcoin"in ölkəmizdə düzgün şəkildə istifadə edildiyi təqdirdə ölkəyə böyük məbləğdə dollar gələcəyini bildirdi. Hətta bu neft sənayesindən sonra ölkə büdcəsini artıran ikinci sahə ola bilər.İyunda ölkəmizdə 1 milyard investisiya toplansa idi, ölkə büdcəsinə 10 milyard məbləğində dollar gələ bilərdi. Ölkəmiz isə bu qədər gəliri istər pambıqçılıq istərsə də turizm sahəsindənvə digər sahələrdən hələ ki əldə edə bilməyib. Ekspert “forex” lə “bitcoin”i müqayisə edərək bildirdi ki, “forex”dən fərqli olaraq “bitcoin”də qiymət düşəndə pul itirilmir. Həmsöhbətimiz “bitcoin” bazarının indiyədək 50 milyarddan 300 milyarda çatdığını və gələcəkdə 2 trilyon dollara çatacağını proqnozlaşdırdı. O bir çox insanların “bitcoin” in riskli sahə olmasını isə” hər bir sahədə adi restoran açılmasında,qızıl alınmasında,avtomobil aldıqda belə riskə getmirikmi? O zaman bu qədər gəlir gətirə biləcək bir sahədən yalnız riskli deyib boyun qaçırmağa dəyərmi? deyərək cavablandırdı. Rəşad bəy həmiçinin “bitcoin” in müsbət və mənfi cəhətlərindən danışdı. ”Bitcoin”in müsbət cəhəti əlavə gəlirin əldə edilməsidir. Yəni yatırdığınız puldan böyük məbləğdə vəsait əldə bilərik. Mənfi cəhəti isə “bitcoin” alarkən düzgün zamanın seçilməməsi və sonradan yaranan peşmançılıq hissi ola bilər. ”Bitcoin”in Azərbaycan iqtisadiyyatına əsas təsiri ölkə büdcəsinə əlavə vulyutanın daxil olmasıdır. Həmsöhbətimiz qiymətin gələcəkdə artmasını proqnozlaşdırdı.

Rəşad Mehdiyev həmçinin qeyd etdi ki, dünyanın ən böyük birja əməliyyatçısı CME-nin "bitcoin" ilə fyüçers müqavilələrini təklif etməyə başlaması qiyməti daha da qaldıracaqdır.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 139 | Kateqoriya: İqtisadiyyat Tarix: 28-11-2017, 23:15

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM