Rusiyanın sabiq nazirinin rüşvətxorluq cəzası


Moskva məhkəməsi Rusiyanın sabiq İqtisadiyyat naziri Aleksi Ulyukayevi rüşvətxorluq etdiyinə görə 8 il müddətinə həbs edib. O 130 milyon rubl miqdarında cərimə ödəməlidir və Rusiyada son illər ərzində məhkum edilən ilk nazirdir. 61 yaşlı Ulyukayev 2016-cı ildə dövlət neft şirkəti olan Rosneftdən 2 milyon $ məbləğində pulu digər bir şirkətə köçürdüyünə görə məhkum edilib. Məhkəmədə Ulyukayevin Rosneft şirkətinin başçısı Seçindən dövlətin mülkiyyətində olan Başneft şirkətinin alışının təsdiqi qarşılığında rüşvət tələb etdiyi bildirilib. Həmçinin, nazir Seçinin təklifi rədd etdiyi təqdirdə şirkətin gələcək fəaliyyətinə əngəl törədəcəyini bildirib. Ulyukayev isə Seçindən heç bir rüşvət almadığını və təmamilə günahsız olduğunu iddia edir.

Mənbə:CNN
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 159 | Kateqoriya: İqtisadiyyat Tarix: 15.12.2017, 16:44

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM