Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzi yaradılıb


BP şirkəti ADA universiteti ilə birgə Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzinin yaradılması üzrə layihəni başa çatdırıb.

OTV xəbər verir ki, ötən il başlayan bu layihə BP şirkətinin və onun tərəfdaşlarının yerli potensialın yaradılmasına dəstək üzrə öhəliklərdəndir. Qeyd edək ki, layihənin mərkəzi ADA universitetidir. Layihə nəticəsində məlumatların öyrənilməsi və təhlili üzrə magistr proqramı başlayacaq.

Layihənin icra olunduğu müddətdə məlumatların təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı, həmçinin də 30 işçi təminatı quraşdırılıb. Hazırda Mərkəz istismara hazırdır.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 56 | Kateqoriya: İqtisadiyyat Tarix: 15.12.2017, 13:54

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM