Kriptovalyutaların kapitalizasiyası şirkətlərdən geri qalır


Kriptovalyuta bazarının kapitalizasiyası 512 milyard dollara yüksəlib.

OTV xəbər verir ki, kriptovalyutalar içərisində I sırada dayanan “bitcoin”dir. “Bitcoin”in dəyəri 292,36 milyard dollardır. II sırada “etherium”un adı gəlir. Bu kriptovalyutanın bazar dəyəri 69 milyard dollardır.

Qeyd edək ki, hazırda kriptovalyutaların kapitalizasiyası 5 beynəlxaq şirkətin bazar dəyərindən geridədir. Həmin şirkətlər bunlardır: “Apple” - 881,6 milyard dollar, “Alphabet” - 725,8 milyard dollar, “Microsoft” – 660,2 milyard dollar, “Amazon” - 561,4 milyard dollar və “Facebook” – 514,2 milyard dollardır.

Qeyd edək ki, kriptovalyutaların bazar kapitalizasiyası artıq “Alibaba” və “Johnson&Johnon” şirkətlərini geridə qoyub.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 387 | Kateqoriya: İqtisadiyyat Tarix: 15.12.2017, 11:38

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM