"Bütün pulunuzu itirməyə hazır olun"


İngiltərədəki maliyyə sektorunu tənzimləyən və nəzarət edən “Financial Services Authority (FSA)”nın direktoru Andrew Bailey “bitcoin”ə yatırım edənlərə “bütün pullarını itirməyə hazır olmalarını” xəbərdarlıq etdi.

OTV xəbər verir ki, bu ilin əvvəlində dəyəri 1000 dollardan 16 min dollara qədər qalxan “bitcoin” son vaxtlar dünyada ən çox müzakirə edilən mövzular sırasındadır.

2017-ci ildə dəyəri artan kriptovalyuta bəzi mənbələr tərəfindən “rəqəmsal qızıl” adlandırılır.

Bəzi investorlar, iqtisadçılar və dövlət adamları “bitcoin” və onun arxasında dayanan “blockchain” texnologiyasını müdafiə etdiyi halda, bəziləri isə sərt şəkildə tənqid edir.

Bailey bildirib ki, “bitcoin” satın almaq qumar oynamaq kimidir və eyni riskə sahibdir.

Qeyd edək ki, o bildirib ki, “bu bir valyuta deyil, “bitcoin” çox dəyişkən bir əmtəədir. Əgər “bitcoin”ə sərmayə qoymaq istəyirsizsə, bütün pulunuzu itirməyə hazır olun. Bu mənim ən ciddi xəbərdarlığımdır”


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 257 | Kateqoriya: İqtisadiyyat Tarix: 18.12.2017, 13:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM