Dizel yanacağının istehsalı azalıb


Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2469,2 milyon manat olmaqla, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 9 % azalıb.

OTV xəbər verir ki, neft məhsullarından ağ neftin istehsalı 6,9 %, yanacaq mazutunun istehsalı 42,6 %, dizel yanacağının istehsalı 20% azalıb.

Qeyd edək ki, avtomobil benzinin, sürtük yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb. Hesabat dövründə 1097,6 min ton avtomobil benzini istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 % çoxdur. Dizel yanacağının istehsalı isə 1718,4 min ton olub. Belə ki, bu da 2016-cı ilin noyabr ayı ilə müqayisədə 20 % azalma deməkdir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 362 | Kateqoriya: İqtisadiyyat Tarix: 14.12.2017, 19:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM