Xam pambığın alış qiyməti artırılacaq - EKSPERT RƏYİ


“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramın”nın Tədbirlər Planının iclasına uyğun olaraq pampıqçılığın inkişafı məqsədilə dekabrın 1-i Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pampıq istehsalı və emalı ilə məşğul olan “MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilib.

OTV-nin məlumatına görə görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, həmçinin də 2018-ci ildə həyata keçiriməsi vacib mövzular da müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növləri üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılaraq 2018-ci ildə aşağıdakı kimi müəyyənləşdirilməsi ilə əlaqədar razılıq olunub:

Pambığın bir tonunun alış qiyməti, manatla


2017-ci il (faktiki)2018-ci il (təklif olunan)
I növ500600
II növ470580
III növ440540
IV növ400500


Sözügedən məsələ ilə bağlı iqtisadçı ekspert Famil Məmmədov OTV-yə məlumat verib. O bildirib “bilirik ki, pambıq istehsalı parça və tekstil məhsullarının istehsalında əsas təməl təşkil edir. Əgər kəndlilər məhsulu əkib,loru dildə desək, başlarından edəcəklərsə, bu sadəcə onların dolanışığına yetəcək. Bizdə ixtisaslaşma getmədiyi üçün bu sahədə çoxlu problemlər yarana bilər. İxtisaslaşma nədir dedikdə, milsal üçün kəndli pambığı əkib becərir, müəyyən bir sexdə onu parça və ya ipək halına salır, ixracatı ilə məşğul olur və beləliklə, daha böyük gəlirlər əldə edir. Ancaq hazırki vəziyyətdə bu əlamətləri görmürəm. Digər bir problem də aqronom məktəbinin olmamasıdır. Əgər pambıqçılıqla bağlı kəndlilər maarifləndirilsə və aqronomlar yetişdirilsə inkişaf ola bilər. Məlumdur ki, Azərbaycanda pambıq istehsalı üçün əlverişli olan iki yer - Bərdə və cənub bölgəmizdir. Digər bir məsələ də bir sıra bölgələrdə pambığın kor-koranə və məcburi əkilməsidir. Bu da maldarçılığa, örüşlərə və digər sahələrə mənfi təsir edə bilir. Məsələn, Ceyrançurda pambıq əkiminə çalışılması istər-istəməz bizə ciddi problemlər yarada bilər. Əsasən, xammala qoyulan gömrük rüsumu aşağı qiymətə, hazır məhsula olan gömrük isə rüsumu yüksək olmalıdır. Dövlətlər hazır məhsullara olan gömrük rüsumu və ya vergini ona görə yüksək edirlər ki, daxildəki yerli istehsal inkişaf edə bilsin. Yəni ucuz qiymətə xammalı alıb, istehsalı gücləndirsin. Bizdə yerli istehsal stabil qiymətə satılır, idxal edilən məhsullar isə ucuz qiymətə istehsal olduğu üçün yerli istehsalın inkişafına mənfi təsir edir. Bu gün Azərbaycan xammal istehsalçısı olan ölkə deyil. İdxal edilən xammal, idxal edilən hazır məhsuldan bahadır. Bizim fermerlər pambıq istehsal edərəkən pambığı satmağa meyillidirlər deyə, biz daha böyük gəlir əldə edə bilmirik. Bir məsələ də var ki, biz pambıqdan ipək parça əldə etmək üçün hansıavadanlıqları almalıyıq. Sahibkarlar yardım fondlarına müraciət etməlidirlər, hansı ki avadanlıqlar alsınlar ki, pambığı ərazidən yığdıqdan sonra parça halına salsınlar. Əgər bizim pambıqçılar bu sahəyə biganə yanaşsalar heç bir inkişafdan söhbət gedə bilməz. Ancaq əkib sata bilərik. Pambıqçılıqla bağlı sahələrin artması inkişaf sayılmır”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 341 | Kateqoriya: İqtisadiyyat Tarix: 18.12.2017, 10:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM