2018-də “Bitcoin”in dəyərində azalma gözlənilir - EKSPERT RƏYİ » OTV - İnternet Televiziyası

2018-də “Bitcoin”in dəyərində azalma gözlənilir - EKSPERT RƏYİ


Son günlər “Qüds” məsələsindən sonra dünyanın ən çox danışılan mövzusu “Bitcoin”dir. Dünyanın ən populyar kriptovalyutası “Bitcoin” gündən-günə artaraq tarixi rekorduna imza atıb və zirvədə öz yerini tutub. Bəzi birjalarda 18 min dollar olduğu göstərilən rəqəmsal valyuta dünyanın aparıcısı halına gəlib.

OTV olaraq bu məsələ ilə bağlı kriptovalyutalar üzrə mütəxəssis Qurbanəli Ömər Yusifovdan aldığımız məlumata görə, “Bitcoin artıq dünyada digər kriptovalyutalarla müqayisədə çox populyarlaşıb və aparıcı hala gəlib. Qeyd edim ki, bu vəziyyət belə də davam edəcək, heç bir dəyişiklik gözlənilmir. Amma 18 min dollar həddinə çatan kriptovalyutada 2018-də azalma gözlənilir. Lakin ümumi götürdükdə “bitcoin”də artım 50 min dollara qədər gözlənilir. Hansı insanlar ki, bu sahəyə yatırım edib onların vəziyyəti artıq düzəlib və bu sahəyə vaxtında yatırım edən insanlar hansı ölkədə çoxdursa sözsüz ki, həmin ölkələrin iqtisadiyyatına da təsiri olub və qeyd edim ki, bu tendensiya belə də davam edəcək. Bundan istifadə edən bəzi ölkələr də var. Hansı ki, onlar “mining” makinaları istehsal edir, bunun üzərindən öz iqtisadiyyatını qurur və qeyd edim ki, bəzi birjalar da var - onlar da “trading” sistemindədir. Ukraynada, Rusiyada bu sistem var və həmçinin Türkiyəni də bura daxil edib misal göstərmək olar. Sözsüz ki, bu sektor səbrli olanlar üçündür. “Bitcoin” birinci valyuta olduğu və gündən-günə məşhurlaşdığı üçün aparıcı hesab edilir. Amma əslində “bitcoin”dən də üstün və daha müasir kriptovalyutalar da var. Yəni artıq kriptovalyuta deyəndə ağla ən başlıca olaraq “Bitcoin” gəlir. “Bitcoin” artıq formalaşmış və yerini tutmuş bir brend olub. Belə bir misal çəkim, dünyanın məşhur avtomobili “Lamborghini” sırf məşhur olduğu üçün ödəməni “Bitcoin” ilə qəbul edir. Bu gün artıq internetdə on sözdən biri “bitcoin”dir və şirkətlər artıq buna bir reklam növü kimi baxırlar. Amma “bitcoin”dən fərqli olaraq həm yatırım, həm də ödəmə üçün daha sərfəli “etelium” və “lite coin” kriptovalyutaları da var.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 470 | Kateqoriya: İqtisadiyyat Tarix: 13.12.2017, 20:32

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM