Azərbaycan bu il 1,2 milyard dollarlıq qaz ixrac edib


Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 1 milyard 156 milyon 19,78 min dollar dəyərində 6 milyard 894 min 305,42 kubmetr təbii qaz ixrac edir.

OTV xəbər verir ki, təbii qaz həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 712 milyon 811,66 min kubmetr və ya 11,53 %, məbləğ baxımından isə 230 min 892,05 dollar və ya 24,96 % çoxdur.

Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 925 milyon 127,73 min dollar dəyərində 6 milyard 181 milyon 493,76 min kubmetr təbii qaz ixrac edilib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,25 % təşkil edib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 272 | Kateqoriya: İqtisadiyyat Tarix: 13.12.2017, 18:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM