Azərbaycan Respublikası Mərkəzi Bankı hərrac keçirib


Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 501002665 dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

OTV xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 98,8472 AZN və 99,2278 AZN olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat, orta ölçülmüş qiyməti 99,0443 manat müəyyən edilib.

Qeyd edək ki, qiymətli kağızların ödəmə tarixi yanvarın 10-udur.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 418 | Kateqoriya: İqtisadiyyat Tarix: 13.12.2017, 20:40

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM