Azərbaycan-Türkiyə-Avstriya dəmir yolları arasında memorandum imzalanıb


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Avstriya Dəmir Yolları” Kargo Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüş keçirilib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən OTV-yə verilən məlumata əsasən, səmimi və dostluq şəraitində keçirilən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Canub”, Cənub-qərb nəqliyyat dəhlizləri və xüsusən də bü günlərdə açılış mərasimi olan Bakı-Tblisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. O bildirib ki, bu dəmir yolu Asiyanı Avropaya birləşdirəcək. Sonda qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC, Türkiyə Dəmir Yolları Daşımacılıq şirkəti və “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti nümayəndələri arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum özündə Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini inkişaf etdirməyi birləşdirir.





Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 359 | Kateqoriya: İqtisadiyyat Tarix: 13.12.2017, 14:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM