Azərbaycanda əsas kapitala yönəldilmiş vəsait 13,7 milyard təşkil edir


2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13 milyard 688,4 milyon manat vəsaitin 6 milyard 51,7 milyon manatı və ya 44,2 %-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % artıb.

Qeyd edək ki, ümumi sərmayənin 73,4 %-i tikinti-quraşdırma işlərinə sərf edilib, istifadə olunmuş vəsaitin 77 %-i məhsul istehsalı obyektlərinin, 17,1 %-i xidmət sahələri üzrə obyektlərin, 5,9 %-i isə ümumi sahəsi 1536 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayenin 42,2 %-ni təşkil edib.

Qeyd edək ki, əsas kapitala yönəldilmiş sərmayenin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitıəri 66,5 %, bank kreditləri 12,7 %, büdcə vəsaitləri 14,1 %, əhalinin şəxsi vəsaitləri 5,4 %, büdcədənkənar fondların vəsaitləri 1,4 %, digər vəsait isə 0,8 % təşkil edib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 31 | Kateqoriya: İqtisadiyyat Tarix: 13.12.2017, 09:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM