Amerika bankını 90 saniyədə soyub soyğuna çevirən qrup.


Lionel Wright, Patrick Mitchell və Stephen Reid, 70 ci illərdə Amerikada etdikləri soyğunlarla məşhurlaşdı. OTV xəbər verir ki, hardasa 100 bank soyğunu edən bu qrup, 100 milyon dollara yaxın pul əldə etməyi başarmışdır. Onları məşhur edən digər bir xüsusiyyətləri isə işlərində həddindən artıq dəqiq olmaları və uzun müddət FBİ tərəfindən axtarılmaqlarına baxmayaraq yaxalanmamaqları oldu.
Onlar öz adlarını 1980 ci ildə gərçəkləşdirdikləri Amerika Bankı soyğunu ilə duyurdular. 90 saniyə ərzində soyğunu həyata keçirən qrup izlərini yox etməyi başarıb, FBİ dan yayına bildilər. Lakin onlar tez bir zamanda gözləmədikləri bir anda FBİ tərəfindən öz evlərində yaxalandılar.
Həbsdən çıxdıqdan sonra isə onlardan biri - Stephen Reid məşhur bir yazar oldu və xoşbəxt bir ailə həyatı qurdu. Hətta tam xoşbəxt bir həyat sürdüyünü düşündürürkən o yenidən qrup üzvləri ilə birləşərək köhnə fəaliyyətinə davam etdi və həbs olundu. Onun digər dostu Lionel Wright müəmmalı bir şəkildə yox oldu. Paddy Mitchell isə 2006 cı ildə həbsxanada həyata gözlərini yumdu. 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 285 | Kateqoriya: İqtisadiyyat / Dünya Tarix: 12.12.2017, 16:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM