İstehlak bazarında qiymətlər dəyişib


2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiyməti 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 %, həmçinin ərzaq məhusllarının qiymətləri 17,1 %, qeyri-ərzaq mallarının qiymətləri 12,1 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 % bahalaşıb.

OTV xəbər verir ki, cari ilin noyabr ayı oktyabr ayı ilə müqayisədə istehlak məhsullarının, xidmətlərinin qiymətləri 0,2 %, o cümlədən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 % artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Noyabr ayı oktyabr ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım,düyü, unu, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limon, portağal, naringi, banan, alma, heyva, nar, xurma, kələm, göyərti, kök, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsulların qiymətlərində ciddi dəyişiklik gözlənilməyib.

Qeyd edək ki, ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, soyuducular, kondisonerlər, iri alət və avadanlıqlar, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınlar, elektrik soba və qaz piltələri, mobil telefonlar, televizorlar, fotoaparatlar, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişiklik olunmayıb.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 67 | Kateqoriya: İqtisadiyyat Tarix: 12.12.2017, 11:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM