Bakı Nəqliyyat Agentliyi müqavilə imzalayıb


Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabineti yanında 5 şirkətlə satınalma müqaviləsi imzalayıb.

OTV xəbər verir ki, satınalma müqavilələrinin hamısı dekabrın 8-də imzalanb.

“Azin Construction” MMC Nəqliyyat Mübadilə Mərkəzlərində modul tipli dayanacaqların layihə-smeta sənədlərinin hazırlanması işlərinin aparılması keçirilən müvafiq tenderin qalibi olub. Tərəflərarası imalanan satınalma müqaviləsi 25,96 min manat dəyərindədir.

“Delta Telecom” şirkəti isə Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin mövcud qurulmuş elementləri üçün optik kabel üzərindən bütün istiqamətlərdən tam olaraq reservlənmiş 1/10 Ge port ilə məlumatların ötürülməsi qabiliyyətinə malik şirkət üzərindən işləməyən elementlərin bərpası və 1/10 Ge port vasitəsilə məlumatların TMC-yə çatdırılması, həmçinin yaradılmış fiber-optik şəbəkənin NİİM-in istifadəsinə verilmiş liflərin aylıq texniki xidmətin göstərilməsi ilə bağlı keçirilən tenderin qalibi olub. Tərəflər dəyəri 49,9 min manat olan satınalma müqaviləsinə imza atıblar.

“R Standart” MMC isə Nəqliyyat Mübadilə Mərkəzində cari təmir işlərini həyata keçirəcək. Tərəflər arasında imzalanan satınalma müqaviləsinin dəyəri 34,42 min manat təşkil edir.

“Kənan İnşaaft və Ticarət” MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektinin 9-cu km-nin cənub hissəsində yerləşən binanın əsaslı təmir işlərini həyata keçirəcək. İşlərin dəyəri 171 min 105,24 manat təşkil edir.

“Nəqliyyat planlaması və trafik təhlili üçün trafik simulyasiyası” proqram təminatını isə “Sinam” MMC həyata keçirəcək. Tərəflərarası imzalanan satınalma müqaviləsinin dəyəri 387 min 209,85 manatdır.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 293 | Kateqoriya: İqtisadiyyat Tarix: 12.12.2017, 11:12

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM