Kapital Bank və “Marlboro”nu nə birləşdirir?


Bir şirkəti, qurumu ən önəmli və cəlbedici edən onun loqotipidir. Loqo vasitəsilə şirkətlər tanınmağa, fəaliyyətlərini tanıtmağa şərait əldə edir. Loqotip dizaynı şirkətin informasiya daşıyıcısıdır. Bəzən loqolarda şirkətlərlə bağlı məlumatlar gizlədilir və bəzilərində isə motivasiyaedici dizaynlar olur. Bir sıra xarici şirkətlərdə loqolara nəzər yetirsək, onların çox məntiqli və zövqlü dizayn edildiyinin şahidi olarıq.

Digər bir məsələ də bankların loqolarıdır. Bankların əksəriyyətinin loqoları göy və qırmızı rəngdə dizayn edilir. Əsasən göy rəng loqotiplərdə başlıca istifadə edilir. Qırmızı rəngdən isə əsas lider, özünəgüvənən, formalaşmış brendlər və sürətlə inkişaf etməkdə olan şirkətlər istifadə edir.

Kapital Bank kimi Azərbaycanda lider olan şirkətlər də liderlik rəmzi hesab edilən qırmızı rəngdən istifadə edib.

OTV-nin araşdırmasına görə, Azərbaycanda lider banklardan olan Kapital Bank ilə dünyada tanınan “Marlboro” siqaret şirkətinin loqolarındakı ciddi dərəcədə olan oxşarlıq mövcuddur. Sözügedən mövzu ilə bağlı yerli qrafik dizaynerlərdən biri ilə həmsöhbət olduq vəbu sahədə ciddi işlər görmüş Orxan Əhmədli bizə məsələnin görünməyən tərəfləri barədə məlumat verdi.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 157 | Kateqoriya: İqtisadiyyat / Manşet Tarix: 11.12.2017, 19:27

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM