Avropa Birliyi və Yaponiya arasında azad ticarət razılaşması


Yaponiya və Avropa Birliyi 600 milyon əhalinin işlə təminatını nəzərdə tutan azad ticarət razılaşmasını sona çatdırıb. OTV xəbər verir ki, 2011-ci ildən başladılan İqtisadi Əməkdaşlıq Razlaşması pendir və şərab daxil olmaqla bir sıra Avropa ixracat mallarına tarif tətbiq etməyəcək. Avropa Birliyinin verdiyi məlumata əsasən, Yaponiya və Avropa Birliyi arasında ötən il ərzində 140$ milyon məbləğində ticarət edilmişdir. Avropa Birliyi ilk dəfə olaraq iyul ayında razılaşmanın təsdiqləndiyini və bunun nəticəsində Yaponiyada 600000 yeni iş yeri açılacağını açıqladı. Digər yarım milyon AB işçiləri isə Yaponiya şirkətləri tərəfindən işə götürüləcək. Nəzərinizə çatdıraq ki, AB və Yaponiyanın bu addımı prezident Donald trampın maraqlarına tam olaraq zidddir. Belə ki, Tramp prezidentliyinin əvvəlində Trans-Sakit Okean Əməkdaşlığından imtina etmişdi. Ticarət müqaviləsinin əsas məqsədi azad və ədalətli ticarətinin əhəmiyyəti barədə digər ölkələrə mesaj göndərmək və qloballaşmanın əsasını qoymaqdır.

Mənbə:CNN news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 189 | Kateqoriya: İqtisadiyyat Tarix: 09.12.2017, 18:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM