Yaponiya iqtisadiyyatının uzunmüddətli inkişaf dövrü


Yaponiya biznes investisiyasının köməyi ilə 1994-cü ildən sonra müşahidə edilən ən uzunmüddətli iqtisadi inkişaf dövründədir. OTV xəbər verir ki, aparılan araşdırmalara əsasən, iqtisadiyyat son 3 ayda 2.5% illik artımla genişlənmişdir. Artım səviyyəsi 1.4% ilkin ehtimaldan daha yüksəkdir və bu gözlənilməz sürətlə baş verir. Artım sağlam qlobal tələb nəticəsində artan ixracat və Yaponiya şirkətlərinin təchizat və avadanlıqlara ayırdığı vəsait hesbına baş vermişdir. Bu isə daxili bazarda istehlakçı vəsaitində olan düşümü kompensasiya etməyə kömək edib. Nəzərinizə çatdıraq ki, cənab Abenin iqtisadi siyasəti genişlənməyə qismən belə olsa, təsir göstərib. Yaponiya hazırkı inkişaf səviyyəsinə çatmaq üçün illərlə davam edən deflyasiya və qiymət düşümüylə mübarizə aparıb.

Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 381 | Kateqoriya: İqtisadiyyat Tarix: 08.12.2017, 16:04

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM