Azərbaycana idxal edilən kərə yağlarında gömrük rüsumu 3 dəfə azaldılır


OTV xəbər verir ki, dekabrın 8-dən etibarən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3dəfə azaldılır.

Bu məsələ Nazirlər Kabinetinin 7 noyabr 2017-ci ildə qüvvəyə minən “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gümrük rüsumların dərəcələri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Qərara əsasən, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5% həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.


Müəllif: İlhamə Kələyeva | Baxılıb: 38 | Kateqoriya: İqtisadiyyat Tarix: 7-12-2017, 12:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM