Azərbaycana 250 milyon dollar kredit ayrılıb


OTV xəbər verir ki, Azərbaycana 250 milyon dollar dəyərində kredit ayırılması ilə bağlı məsələ Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurası tərəfindən təsdiqlənib.

Kreditin Azərbaycan Respublikasına ayrılması məsələsi Dövlət idarəçiliyinin və dövlət sektorunun effektivliyinin təkmilləşdirilməsi layihəsinin birinci altproqramı çərçivəsində təsdiq edilib.

2018-ci ildə həyata keçirilməsi planlaşdırılan ikinci altproqramın inkişafı birinci altproqram çərçivəsində möhkəmlənəcək.

Qeyd edək ki, Azərbaycana AİB-ə üzv olduğu 19 il ərzində 4.1 milyard dollar qrant və kreditlər ayrılıb.


Müəllif: İlhamə Kələyeva | Baxılıb: 37 | Kateqoriya: İqtisadiyyat Tarix: 7-12-2017, 12:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM