Yaponiyaya sürücüsüz idarə edilən yeni növ taksilər gəlir


Nissan Yaponiya küçələrini sürücüsüz idarə edilən taksilərlə təmin edir. OTV xəbər verir ki, şirkətin verdiyi məlumata əsasən, taksilər mart ayında Yakohama ərazisində istifadəyə veriləcək. Yaponiya maşın istehsalçısı öncəki sınaq müddətində elektrik nəqliyyat vasitələrinin nümunə olaraq istifadə edəcək. Yaponiya maşın sənayesi və texnoloji inkişafda bir sıra Birləşmiş Ştatlar şirkətlərini arxada qoyacaq. Nissan markalı nəqliyat vasitələrinin sürücüsüz idarə edilməsi üçün taksilər xüsusi növ proqramlar, kameralar, və sensorlarla təmin ediləcək. Sınaq müddətində sürücülər sərnişin mövqeyində arxada əyləşəcək və taksinin işlənmə prosesinə nəzarət edəcək. Nissan bu növ taksi xidmətini “asan səyahət” adlandırmışdır və taksi sifarişi və pul ödənişinin elektron formada həyat keçiriləcəyini bildirmişdir. Nissanın sürücüsüz idarə edilən taksi xidməti üçün gözləntiləri böyükdür.

Mənbə: CNN news
Tərcümə etdi: Sevinc Nəhmədova


Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 25 | Kateqoriya: İqtisadiyyat / Avto Tarix: 5-12-2017, 19:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM