"Bitcoin" 10.000 dollarlıq psixoloji baryeri aşdı


Həftə sonu qeydə alınan 15 fazidən çox artımla Bitkoinin dəyəri bütün dövrlər üçün rekord göstərici olan 10.000 dollara çatıb. Mütəxəsislərin fikrincə əldə edilən bu nəticə Bitkoinin gələcəyi üçün ən vacib andır. Ortaya çıxan mənzərə bitkoin üçün həlledici testi xatırladır. Doğurdanmı artıq Bitkoin erası başlayır, yoxsa o bir sıra mütəxəsislərin də hesab etdiyi kimi yüngül küləklə yerlə yeksan olacaq “kağız evdir”?

Bu ilin başlanğıcından etibarən Bitkoinin dəyəri 800 faizdən çox yüksəlib. Hal-hazırda mövcud olan bütün bitkoinlərin ümumi dəyəri 150 milyarddan çoxdur. Müqayisə üçün onu qeyd edək ki, bütün kibervalyutalatrın ümümi dəyəri isə 300 milyarddır.

Hazırki göstəricilərə əsasən belə demək olar ki, bu ilin sonuna qədər bitkoinin dəyəri artmaqda davam edəcək. Dəstəkçilər bunu bitkoinin iqtisadi liderlik yolunda növbəti uğuru hesab etsələr də, digərləri düşünürlər ki, bu böyük maliyyə problemlərinə yol aça bilər.

10.000 dollar bir çoxlarımıza sadəcəcə rəqəm kimi görünsə də, bu eyni zamanda psixoloji bir amildir.Belə ki , sərmayəçilərin çoxu gəlirlərini 5 rəqəmli olduğu zaman dəyərləndirməyə başlayırlar.

Analitik Pete Humistonun araşdırmaları göstərir ki, sıfırlı rəqəmlərin təsiri Bitkoinlərdən də yan keçməyib. Belə ki, mart ayında bitkoinlərin dəyəri 2.500 dollara çatdığə zaman 30 faizlik dəyişmə ilə dəyər 1.900 dollara enib.Sentyabr ayında dəyər 5.000 dollara yüksəldiyi zaman isə təkcə 3 gün ərzində 20 faizlik dəyər düşümü müşahidə edilib.

Bitkoinin belə kəskin dəyər düşüşlərdən tez ayağa qalxdığını və 10.000-in əvvəlki qiymətlərdən daha böyük sıfırlı olmasına baxmayaraq,  satışlar tezliklə yenidən kəskin dəyərdən düşmənin müşahidə ediləcəyindən xəbər verir.

Bəziləri belə kəskin dəyərdən düşmənin kriptovalyuta tənzimlənməsi ilə nəticələnəcəyini düşünsə də,  Avropa Mərkəzi Bankının Prezidenti Mario Dragi isə kriptovalyutaları tənzimləmə tələb edəcək qədər ciddi problem olmadığı fikrindədir.

Kriptovalyuta mübadiləsi nəhənglərindən olan eToronın baş analitiki Mati Grinspon bildirir ki, sərmayəçilərin əksəriyyəti daha yüksək məbləği-100.000 dolları gözləməmkdədir.Onun sözlərinə görə , əgər dəyər 8.000 dollardan daha aşağı düşsəydi bitkoinlər daha çox müşəri cəlb edərdi.Çünki, belə olan tədqirdə bitkoinin dəyərindəki enmə daha az ola bilər.

Bitkoin artıq maliyyə dünyasının liderləri arasında bir sıra mübahisələrə səbəb olub.Sonuncu bel hal JP Morganin başçısı Cemi Dimonun bitkoini “dələduzluq” adlandırdığı zaman qeydə alınmışdır.


Mənbə: Telegraph UK
Tərcümə: Firuzə Məmmədova OTV üçün
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 95 | Kateqoriya: İqtisadiyyat Tarix: 28-11-2017, 09:20

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM