“Bakutel 2017” Telekommunikasiya sərgisi hər kəsin diqqətində


Son günlərin diqqətçəkən XXIII AzərbaycanBeynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel 2017” artıq dekabrın 5-indən davam etməkdədir.

OTV xəbər verir ki, bu il “Bakutel” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-ə yaxın şirkətin iştirakı olub. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribütorları, eləcə də teleradio yayım şirkətləri yer alıb. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnoligayalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilib.

Bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edib. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştiakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri də yer alıb.

“Bakutel 2017” sərgisində bir sıra ölkələrin milli stendləri də təqdim olunur. Xarici ölkələrin bu tədbirdə iştirakı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə keçirilir.

Sərgi çərçivəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında “Yüksək Texnologiyalar Parkı” ilə Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, iki ölkənin startaplarına və innovatorlarına dəstək və beynəlxalq arenaya çıxmaq üçün yardım etməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavlyonlarla tanış olublar.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 229 | Kateqoriya: İqtisadiyyat Tarix: 05.12.2017, 09:48

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM