Venezuelanın virtual valtyuta yaratmaq istəyi iqtisadi böhrana təsir edəcəkmi?


Venezuela prezidenti Nikolas Madura ölkəni iqtisadi böhrandan çıxarmaq üçünyeni virtual valyuta yaradılmasını elan etdi.

 OTV xəbər verir ki,  prezident neft sənayesinə Venezuelanın neft, qaz, qızıl və almaz sərvətlərindən dəstək göstəriləcəyini bildirdi. Prezident Madura Venezuelanın iqtisadiyyatına illik neft gəlirlərinin azalması və hazırkı valyuta olan bolivarın dəyərinin kəskin şəkildə düşməsi ilə zərbə vurulduğunu açıqladı. Prezident Madura həmçinin, blokada kimi təsvir etdiyi Birləşmiş Ştatlar sanksiyalarına qarşı olduğunu açıqladı. Bazar günü televiziya elanında prezident Madura yeni valyutanın pul müstəqilliyinin əldə edilməsində, maliyyə sövdələşmələrin həyata keçirilməsində və maliyyə blokadasının qarşısının alınmasında əsas rol oynaya biləcəyini açıqladı. Bununla belə, prezident yeni valyutanln nə zaman və necə istifadəyə veriləcəyi barədə heç bir məlumat açıqlamadı. Yeni valyuta həmçinin kripto valyuta olan bitkoinə olan qlobal marağı artıra bilər.

Venezuela xarici kreditorlara 140 bn$ dəyərində pul borcludur və iqtisadçılar Maduraya borcu neft vasitəsilə ödəməyi məsləhət görürlər. Əks mövqedə olan baş nazirlər yeni valyutanın Kongresin dəstəyinə ehtiyacı olacağını biildirdi və bir çoxları isə bunun baş verəcəyinə şübhə ilə yanaşırlar.

Venezuela tarix boyu öz neft sərvətinə güvənmişdir, lakin neft qiymətlərinin kəskin şəkildə düşməsi ölkəni iqtisadi və siyasi böhrana düçar edib. Ötən ay, Rusiya Venezuelanın 3.15 bn $ həcmində borcunu ödəmişdir.

Sazişə əsasən, Venezuela növbəti 6 ay ərzində Rusiyayaminimal ödənişlər etməlidir.



Mənbə: BBC news
Tərcümə etdi: Sevinc Nəhmədova
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 22 | Kateqoriya: İqtisadiyyat Tarix: 4-12-2017, 17:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM