“Bayram özü ilə sadəcə sevinc gətirmir, maddi sıxıntılar da gətirir”


İnsanlar artıq bayrama hazırlıq görməyə başlayıblar. Şəhərdə yavaş-yavaş bayram ab-havası duyulur. Şəhər əhalisi bayramı səbrsizlikə gözləyir. Yeni ilin gəlişinin verdiyi xoşbəxtlikdən başqa, insanları düşündürən bir sual da var. Bayramı necə “yola verə” bilərik?

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələmişdir.

Qida sektoru üzrə marketinq mütəxəssisi Kənan Şirinovun OTV-yə verdiyi məlumata görə, “Bu il qiymətin bahalaşması gözlənilmir. Sadəcə hər kəs qiymətin bahalaşmasını devalvasiya ilə əlaqələndirdiyi üçün gözlənilmir. Nəzərə almaq lazımdır ki, bir ara nəzarət olduğu üçün devalvasiyaya görə qiymətləri qaldıra bilmirdilər. Aradan müəyyən vaxt keçdikdə asta-asta qiymətlər artmağa doğru getdi. Onsuz da qiymətlər qalxıb, amma inanmıram ki, devalvasiya olmasa yenidən qiymətlərdə dəyişiklik olsun. Devalvasiyadan sonra müəyyən vaxta qədər yağların qiymətində dəyişiklik olmamışdı, amma vaxt keçdikcə 60-70% yağların qiyməti qalxdı. Düşünmürəm ki, yeni ildə bununla bağlı dəyişiklik olsun. Devalvasiyadan sonra məhsulların qiyməti maksimum 30% qalxmışdı. Düzdür daha sonra araşdırdım və gördüm ki məhsulların qablaşdırmasına və çəkisinə müdaxilə ediblər. Hardasa 50-100 qram müdaxilə edildiyi müşahidə edildi. Daha sonra nəzarət azaldığına görə şirkətlər yavaş-yavaş qiymətləri qaldırmağa başlamışdılar. Qiymətlərdə əgər bahalaşma hadisəsi olarsa bu sözsüz xarici məhsullarla əlaqədar olacaq. Təssüflər olsun ki, yerli məhsul istehsal edən şirkətlər də xarici məhsullarınqiymətini nəzərdən keçirib qiymət qoyurlar. Ona görə də inanmıram qiymətlərdə bahalaşma gözlənsin. Əgər devalvasiya olarsa qiymətlərdə dəyişiklik ola bilər. Artıq 2 il bundan əvvəl ilə bu ili müqayisə etdikdə yerli məhsullarda artım görünür. Devalvasiya olsa belə məhsulların əksəriyyəti yerli olduğu üçün ciddi qiymət artımı olmayacaq”.

Müəllif: İlhamə Kələyeva | Baxılıb: 33 | Kateqoriya: İqtisadiyyat Tarix: 4-12-2017, 10:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM