"JBS Energy": "Brent" markalı neftin qiyməti 40 dollardan aşağı düşə bilər

Xəbərin çap versiyası
Tarix: 26-07-2017, 15:16    
OPEC neft hasilatını azaltmasa, "Brent" markalı neftin qiyməti 2018-ci ilin ilk rübündə 40 dollar/bareldən aşağı düşə bilər.
OTV "Report"a istinadən xəbər verir ki, belə bir proqnozla mərkəzi ofisi Vyanada yerləşən "JBS Energy" neft sektoru araşdırma şirkəti çıxış edib.
Şirkətin analitiklərinin hazırladığı hesabata əsasən, hazırda neft qiymətləri ABŞ-da avtomobil səyahəti mövsümü səbəbi ilə ehtiyatların azalması amilindən dəstək alır. Belə ki, bu mövsümdə tələb maksimal həddə çatır və sentyabrdan etibarən azalmağa başlayır.
"Brent" 2017-ci ili 45-47 dollar/barel səviyyəsində tamamlaya bilər. Amma, daha sonra qiymətlər üçün ağır dövr gələcək. "JBS Energy Asia" idarəedici direktoru Riçard Qorri (Richard Gorry) hesab edir ki, "OPEC 2018-ci ilin ilk rübündə heç bir addım atmasa, neft bazarında təklif tələbi xeyli üstələyəcək. Bunu aradan qaldırmaq üçün OPEC hasilatı azaltmalıdır. Bu addımın atılacağına inanmağım gəlmir".
Son günlərdə neft qiymətlərinin ABŞ-da ehtiyatların azalması fonunda artmasına baxmayaraq, sentyabrdan tələb azalacaq və gələn ilin ilk rübündən Braziliya, Qazaxıstan, Qərbi Afrika və Mərkəzi Avropa regionunda hasilat artacaq. ABŞ-da hasilatın bu ilin sonuna qədər artaraq 9,6 mln. barel/ğünə çatması gözlənilir.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
{linkfeed}{sape_links}{sape_article}
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz