“Nokia” şirkəti məşhur “E71” telefonunu yenidən çıxaracaq


Öz dövründə dünyada “QWERTY” düzülüşlü klaviaturaya malik ən populyar telefonlardan sayılan “Nokia E71” smartfonunu 2018-ci ildə “HMD Global” şirkəti yenidən çıxaracaq.

OTV bildirir ki, qurğunun yeni versiyası “QWERTY” düzülüşlü klaviatura və 480p təsvir ölçülü 3,5 düyümlük ekranla təchiz ediləcək. Bundan əlavə smartfon “4G” dəstəkli “Qualcomm Sanpdragon 205” prosessoru ilə işləyəcək. Köhnə modelin yeni dizaynına həmçinin, 1 QB əməli yaddaş və yaddaş kartını dəstəkləyən 8 QB-lıq daşıyıcı ilə təchiz ediləcək.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 32 | Kateqoriya: İKT Tarix: 25.12.2017, 17:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM