“Chrome” brauzeri avtomatik işə düşən videoları blok edir


“Google” şirkəti “Chrome” brauzerinin avtomatik işə düşən video, üzə çıxan pəncərə və digər arzuolunmaz məzmunu blok edən funksiyaya malik beta versiyanı təqdim edib. OTV bilirib ki, “Chrome 64” brauzerinin sabit versiyası gələn ilin yanvarında təqdim ediləcək.

Qeyd edək ki, proqramçılar etiraf edirlər ki, gözlənilmədən yüksək səsli videonun avtomatik işə düşməsi istifadəçiləri narahat edən problemlərdən biri idi. Çünki o, məlumatlardan istifadə edə, enerji sərf edə və sörfinq zamanı arzuedilməz səs-küy yarada bilər. “Chrome” brauzerinin həm masaüstü, həm də mobil versiyasında səsi blok etmək əlçatan olacaq.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 295 | Kateqoriya: İKT Tarix: 20.12.2017, 16:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM