Bu il mobil operatorlar 779 milyon qazanıb


Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rabitə və informasiya müəssisələri tərəfindən 1552,9 milyon manatlıq xidmət göstərib ki, bunun da 72,6 %-i əhali tərəfindən istehlak olunub.

OTV xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,9 % artıb. Bu sahədə əldə edilmiş gəlirin 81,1 %-i qeyri-dövlət sektorunun payına düşüb.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 50,2%-i mobil telefon rabitəsinə aiddir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 224 | Kateqoriya: İKT Tarix: 20.12.2017, 15:36

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM