Rusiya yeni kəşfiyyat peykini Orbitə buraxmağa hazırlaşır » OTV - İnternet Televiziyası

Rusiya yeni kəşfiyyat peykini Orbitə buraxmağa hazırlaşır


Rusiyanın İzvesta qəzetinə əsasən əldə edilən məlumatlara görə, nümunəvi kiçik kosmik gəmi (EMKA) ölkənin qabaqcıl peyk istehsalçılarından olan VNllEM şirkəti tərəfindən hazırlanıb.

OTV-nin xəbərinə görə, Rusiyanın Roscosmos şirkəti tərəfindən təkmilləşdirilən nümunəvi kəşfiyyat peykinin Yerin səthini nəzərdən keçirmək üçün hazırlandığı bildirilir.Mətbuatın əldə etdiyi məlumatlara əsasən, kəşfiyyat gəmisi 2018-ci ilin əvvəllərində Orbitə buraxılacaq.

Mütəxəsislər bildirirlər ki, kiçik ölçülü kosmik gəmilərin üstünlüyü onların daha yığcam və yüngül olmasındadır. Və inkişaf etdirilən belə texnologiyalar sayəsində Yerin hər yarım-metrini daha yaxşı müşahidə etmək mümkündür.

Əldə edilən digər məlumatlara əsasən, kosmik gəmi Rusiyanın şimal-qərbində Arxangelsk regionundakı Plesesk kosmodromundan səmaya buraxılacaq.

Mənbə: Sputnic
Tərcümə: Firuzə Məmmədova OTV üçün 

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Firuzə Məmmədova | Baxılıb: 229 | Kateqoriya: İKT Tarix: 20.12.2017, 15:33

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM