“Whatsapp”ın 1 ayı qaldı


Ötən il siyasətində dəyişiklik edən “whatsapp” reklam, təhlükəsizlik və iş zəkasında inkişafı artırmaq üçün istifadəçi məlumatlarını “facebook” ilə paylaşacağını bildirmişdi. Bu qərar istifadəçilər tərəfindən narazılıq doğurdu və ölkələrin sərt reaksiyasına səbəb oldu. Ən sərt reaksiya da xüsusilə Fransadan gəldi.

OTV xəbər verir ki, “whatsapp” “facebook” ilə məlumat paylaşımına görə, Fransanın gizlilik məsələsindəki tənzimləyici orqanı tərəfindən sərt reaksiyalar aldı. İstifadəçilərin şikayətlərinə görə araşdırma edən bu orqan təhlükəsizlik tədbirlərinin inkişaf etdirmək niyyətinin etibarlı olduğunu, amma iş zəkası səbəbi ilə məlumat paylaşımının düzgün olmadığını qeyd etdi.

Qeyd edək ki, səlahiyyətli orqanlar istifadəçilərin azadlıqlarını pozduğu qənaətinə gələrək, “whatsapp”a “facebook” ilə məlumat paylaşımını dayandırması üçün 1 ay vaxt verdi.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 285 | Kateqoriya: İKT Tarix: 20.12.2017, 10:46

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM