"Youtube" ilə insanları qısqandıran uşaq » OTV - İnternet Televiziyası

"Youtube" ilə insanları qısqandıran uşaq


6 yaşlı Ryan milyonlarla uşağı qısqandıracaq dərəcədə çox əylənir. Onun hesabındakı milyonlar isə böyük nəsli təəccübləndirir və qısqandırır.

OTV xəbər verir ki, internetin ən böyük video platformu olan “youtube”a yerləşdirdiyi həftəlik videolarda oyuncaqlarını hədiyyə paketlərindən çıxaran, bir tərəfdən də müxtəlif şirinliklər edən amerikalı uşaq 2017-ci ildə təxminən 11 milyon dollar qazanıb.

6 yaşlı uşaq “Ryan Toys Review” adlı “youtube” kanalında oyuncaqları test edir və onlar haqqında şərhlər bildirir.

Qeyd edək ki, Ryan 2015-ci ilin martında ilk paylaşımını edərək 17 milyard istifadəçi tərəfindən izlənməyi bacarıb və bu “youtube” kanalını açmağa özü qərar verib.

Ryanın anası və atası onun məşhurluğundan məmun olsalar da, insanların qınaq obyektinə çevriliblər. Ailə uşaqlarını “istismar etməklə” günahlandırıldı. Bu sözlərə cavab olaraq ailə bu video çəkilişlərin Ryanın dərslərinə mane olmadığını qeyd edib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 209 | Kateqoriya: İKT Tarix: 18.12.2017, 14:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM