“Apple” dəyərini itirdi - 43 MİLYARDLIQ ŞOK

Xəbərin çap versiyası
Tarix: 23-09-2017, 11:03    
“Apple” dəyərini itirdi - 43 MİLYARDLIQ ŞOK OTV İKT.lent.az-a istinadən xəbər verir ki, sentyabrın 22-də şirkət səhmlərinin dəyəri 1,6% azalıb, sentyabrın 18-dən bəri isə ümumilikdə səhmlər 5,2% ucuzlaşıb. Nəticədə korporasiyanın bazar dəyərində 43 milyard dollar dəyərində ucuzlaşma baş verib.
Səbəb sentyabrın 22-də satışına başlanan yeni "Apple Watch” ağıllı saatlarında qüsur aşkarlanmasıdır. Belə ki, saatlarda şəbəkəyə qoşulma problemi var. Bundan başqa, analitiklər "iPhone 8”lə bağlı neqativ proqnoz veriblər. Onların fikrincə, bu model "iPhone 7”dən çox az fərqlənir. Ekspertlər hesab edir ki, "Apple” pərəstişkarlarının əsas diqqətinin "iPhone X”a yönəlməsi də "iPhone 8”in satışına neqativ təsir göstərəcək. "iPhone X” noyabrın əvvəlində satışa çıxarılacaq.
Qeyd edək ki, "iPhone X”, "iPhone 8” və 3-cü nəsil "Apple Watch” sentyabrın 12-də rəsmən təqdim olunub.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz