ABŞ-da dövlət qurumunun məlumat bazası sındırıldı

Xəbərin çap versiyası
Tarix: 21-09-2017, 19:14    
ABŞ-da dövlət qurumunun məlumat bazası sındırıldı OTV İKT.lent.az-a istinadən xəbər verir ki, bazada minlərlə özəl şirkətin məlumatları saxlanılırmış.

Komissiyanın bəyanatında deyilir ki, kənar şəxslər geniş ictimaiyyət üçün nəzərdə tutulmayan məlumata çıxış əldə edə bilərlər. Dəqiqləşdirilir ki, bazanı naməlum hakerlər sındırıblar.

Komissiyanın sədri Cey Kleyton qeyd edib ki, kibertəhlükədən sonrakı risklər ciddidir və bir çox hallarda sistematik olaraq baş verir.

Təxmin edilir ki, sistemin sındırılması sistemin fəaliyyətinə təsir etməyib və təkrar kiberhücumların yaranması təhlükəsinin yaranmasına gətirib çıxarmayıb.

ABŞ-ın “Equifax” kredit tarixçəsi bürosundan isə bildiriblər ki, 143 milyon insanın şəxsi məlumatlarının oğurlanmasından sonra informasiya və təhlükəsizlik xidmətinin rəhbər şəxsləri işdən azad olunub.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz