Ekspertlər yeni “iPhone”lara qiymət verib

Xəbərin çap versiyası
Tarix: 20-09-2017, 16:39    
Ekspertlər yeni “iPhone”lara qiymət verib OTV İKTlent.az-a istinadən xəbər verir ki, mütəxəssislər yeni modellərin dinamiklərini və kameralarının bəzi funksiyalarını çox yüksək qiymətləndiriblər. “Yenilənmiş stereodinamiklər çox yaxşıdır və 25% daha yüksək səslənir. Hətta musiqi axınlarının bölünməsini eşitmək mümkündür ki, bu da heyrətləndiricidir”, - deyə “The Verge” təmsilçisi bildirib.

Kameralarla bağlı rəylər isə mübahisəli olub. Bəzi ekspertlər bu qərara gəlib ki, əvvəlki modellərlə ciddi fərq yoxdur. “Foto zəif işıqlandırma şəraitində yaxşı alınsa da, mən “iPhone 7”dən çox böyük fərq görmədim”, - deyə CNET nümayəndəsi söyləyib. “The Verge” eksperti isə hesab edir ki, “iPhone 8”in kamerasının bəzi funksiyaları müsbət mənada insanları təəccübləndirəcək: “Kamerada və ümumən smartfonun sürətində yaxşılaşdırmalar nəzərə çarpır”.

Bəzi mütəxəssislər yeni “iPhone”ların şüşəsinin deyildiyi qədər möhkəm olmadığı qənaətinə gəlib. “Şirkət bildirir ki, şüşə heç vaxt olmadığı qədər etibarlıdır. Lakin mənim “iPhone 8 Plus”ım artıq cızılıb. Halbuki mən onu sadəcə, cibimdə gəzdirirdim”, - deyə “The Verge” nümayəndəsi qeyd edib.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz