Qızıl “iPhone X” satışa çıxarılacaq

Xəbərin çap versiyası
Tarix: 18-09-2017, 15:51    
Qızıl “iPhone X” satışa çıxarılacaq OTV Xezerxeber.az-a istinadən xəbər verir ki, yeni smartfonun ümumilikdə beş kolleksiyasının buraxılacağı bildirilir. Onların birincisi – "Lux iPhone X Mono” arxa tərəfi naxışlı şüşə ilə istehsal ediləcək, smartfonun yan elementləri isə sarı, çəhrayı qızıldan və ya platindən olacaq. Bərbəzəkli yeni qurğunun qiyməti 7,4 min dollar təşkil edəcək.
Məlumata görə, daha dörd kolleksiya – "Classic”, "Deluxe”, "Omni” və "Ingot” qiymətli metal və daşlardan istifadə edilməklə düzəldiləcək. İstehsal xəttində ən bahalısı 250 qram qızıldan hazırlanan "iPhone X” olacaq. Onun qiyməti 69,9 min dollara çatacaq.
Qeyd edək ki, İT nəhəngi "Apple” şirkəti "iPhone X” smartfonunu sentyabrın 12-də təqdim edib. Modeldə blokdan çıxarılma üçün sifətin tanınması texnologiyası tətbiq olunub.

OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz