“Youtube” ilə milyonçu olan fəhlə


2017-ci ilin ən çox qazanan “Youtuber”i Den Middlton ilin əvvəlindən 14milyon dollar gəlir əldə edib. 16 milyondan çox izləyici sayı və videolarına 10 milyondan çox baxış sayı olan Den Middlton “Forbes” jurnalına görə, bu il dünyanın ən yüksək qazanan “Youtuber” adını alıb.

OTV xəbər verir ki, “Tesco” marketlər şəbəkəsinin marketlərindən birində fahlə işləyən “Youtube” da DanDTM niki ilə tanınan Den İngiltərənin Norgempşir qraflığındakı Vellinqboro bölgəsində, Elderşot şəhərində doğulub.

Qeyd edək ki, komputer oyunlarını oyanayan və bunu videoya çəkərək paylaşan, yəni “letspley”lə məşğul olan Daniel Middltonun uğur hekayəsi Northempton Universitetində təhsil alanda, "Pokemon" oyununun letspeylini YouTube-dakı profilində paylaşmaqla başlayıb.

Denin sözlərinə görə, pulları videosundakı reklamlarla yanaşı, tərəfdaş proqramları hesabına qazanır.

26 yaşlı bu gənc artıq özünün oynadığı “Minecraft” və “Pokemon” oyunlarının videolarını çəkməyə başayıb.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 338 | Kateqoriya: İKT Tarix: 12.12.2017, 19:02

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM