IPhone istifadəsi zamanı ən çox yol verilən səhvlər


“Apple” şirkətinin professionalları İPhone istifadəsi zamanı istifadəçilərin ən çox yol verdiyi səhvləri aşkarlamışdır. OTV xəbər verir ki, istifadəçilərin böyük əksəriyəti original olmayan enerji yükləmə cihazlarından istifadə etməyə meyllidirlər və bu da öz növbəsində telefonun funksiyalarının zəifləməsinə səbəb olur. Bununla yanaşı, “Apple” heyəti məsləhət görür ki, həddindən artıq isti və ya soyuq havalarda telefon söndürülsün. Telefonu uzun müddətli batareyasız saxlamaq və ya tam tərsi olaraq axşamlar gecə boyu batareya doldurmaq telefonunuz üçün zərərlidir. Telefonunuzun batareyasının uzun müddətli enerji saxlamasını istəyirsinizsə, lazımsız tətbiqetmələr (red.: application) üçün yer bildirimlərini deaktiv edin.

Mənbə: ''Bright Side"
Tərcümə etdi: Tahirə Mirzəyeva

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 196 | Kateqoriya: İKT Tarix: 08.12.2017, 11:57

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM