Sosial şəbəkələrdən ən çox kimlər istifadə edir?


Həyatımızın demək olar böyük bir hissəsi sosial şəbəkələrdə keçir. Texnika və texnologiyanıngünbəgün inkişafı sosial şəbəkələrin həyatımız üçün əhəmiyyətini daha da artırır.

Sosial şəbəkədə paylaşımlar insanların xarakterini, həyat tərzini açıqlayır. Bu gün artıq demək olar hər kəs sosial şəbəkələr vasitəsilə bir-birini tanıyır, daim gündəmdən xəbərdar olurlar. Beləliklə, sosial şəbəkələrin nüfuzu gündən-günə artmaqdadır.

OTV xəbər verir ki, dünyada sosial şəbəkə istifadəçiləri ən çox qadınlardır. Artıq Azərbaycanda da vəziyyət belədir. Qadınlar sosial şəbəkədə sadəcə şəxsi profil yox, hər kəsin marağını çəkəcək səhifələr yaradır, bu səhifələrdə həm öz biznes fəaliyyətləri ilə, həm də bloggerliklə məşğul olurlar. Düzdür, kişilər də bu faəliyyətlərlə məşğuldur, amma müqayisə etdikdə qadın istifadəçilər faiz göstəricisinə görə daha çoxdur. Belə ki kişilərin fəaliyyəti 72%-dirsə, qadınların fəaliyyəti 76% hesab edilir.

Qeyd edək ki, 2017-ci ildə internet istifadəçilərinin 71%-i sosial şəbəkə istifadəçiləridir və bu rəqəmin daha da böyüməsi gözlənilir.

Neilsen araşdırması göstərir ki, sosial şəbəkələrdə qadınlarhər gün mobil internet və mobil tətbiqetmələr vasitəsilə təxminən 10 dəqiqə, kişilər isə 7 dəqiqədən az vaxt keçirirlər.

Araşdırmalara görə, kişilərin sosial şəbəkələrdə aktivlik göstəriciləri daha azdır. Məsələn, qadınların 69%-i sosial şəbəkələr vasitəsilə dostluq əlaqələri qururlar, amma kişilərdə bu göstərici 54%-dir. Qadınların 76%-i aktiv “Facebook” istifadəçisidir, amma kişilərin aktivliyi 66% təşkil edir.

Ümumilikdə bu göstəricilər qadınların sosial şəbəkələrdə daha aktiv olduğunu söyləyir.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 69 | Kateqoriya: İKT Tarix: 09.12.2017, 19:12

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM